Filippində torpaq sürüşməsi baş verib
19 May 2009 Çərşənbə Axşamı 10:30
Filippində torpaq sürüşməsi baş verib, 16 nəfər ölüb, 20 nəfər itkin düşmüş hesab edilir

 

Filippinin cənubunda aramsız yağan yağışlardan sonra torpaq sürüşməsi baş verib. Nəticədə 26 nəfər ölüb, 20 nəfər itkin düşmüş hesab edilir, 14 nəfər isə yaralanıb. Bu barədə Associated Press agentliyi məlumat yayıb. Yerli inzibati idarələrin məlumatına görə, təxmiən 30-a yaxın ev torpaq altında qalıb.

Yerli sakinlər hökumətin yağışlar zamanı müvəqqəti olaraq evləri tərk etmələri barədə xəbərdarlığına məhəl qoymayıblar. Çətin hava şəraiti isə axtarış əməliyyatlarına mane olur. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar