Ermənistanda kimya zavodundapartlayış baş verib
15 May 2009 Cümə 08:55
Hadisə nəticəsində 17 nəfərin xəsarət aldığı bildirilir

Ermənistanın paytaxtı İrəvanda "Nairit" kimya zavodunda partlayı. baş verib. Ötən gün axşam saatlarında qeydə alınan partlayış yanğınla nəticələnib. Təxminən zavodda daha bir partlayış qeydə alınıb. ANS PRESS-in "Novosti-Armeniya" saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfərin öldüyü, 17 nəfərin xəsarət aldığı bildirilir. Yaralananlar arasında xilasedicilər və yanğınsöndürənlər də var. Bir nəfər itkin düşmüş hesab edilir.
Ermənistanın fövqəladə hallar naziri Mqer Şahgəldiyan partlayış nəticəsində ekoloji təhlükənin olmadığını deyib. Onun sözlərinə görə, zavodun ətrafında yaşayan əhalinin evakuasiyasına ehtiyac yoxdur.
Hazırda hadisə yerində xilasedicilər qrupu işləyir. Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri və dəymiş ziyan araşdırılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar