Ermənistan qorxu içindədir
02 Avqust 2014 Şənbə 17:56
Ermənistan Müdafiə Nazirliyi cəbhə xəttində baş verənlərlə bağlı hədələyici bəyanat yayıb.
ANS PRESS-in məlumatına görə, erməni mətbuatında dərc olunan bəyanatda Azərbaycan silahlı qüvvələrinə qarşı zərbələri sərtləşdirəcəkləri bildirilib.

Bəyanatda cəbhə xəttində diversiya əməliyyatlarının Azərbaycan tərəfindən başladıldığı iddia edilib. Guya Azərbaycan tərəfi cəbhə xəttində Ermənistan ordusuna qarşı iri kalibrli silahlardan - qumbaraatanlardan, minaatanlardan, zenit raketlərindən və istilik minalarından istifadə edir. Bundan başqa, Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, Azərbaycan ordusu sərhəd yaşayış məntəqələrini atəşə tutur.

Təbii ki, bütün bunlar Ermənistan əhalisini erməni ordusunun bu gecə verdiyi itkilərə hazırlamaq məqsədi ilə edilir. Ağdam-Ağdərə istiqamətində hücum edən düşmənin təxribatının qarşısı alınıb və Ermənistan ordusu 20 nəfər itirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar