Ermənistan ordusu ciddi itki verib, 20 ölü, 26 yaralı
02 Avqust 2014 Şənbə 18:47
Ermənistan ordusu cəbhə xəttində verdiyi itkiləri etiraf etdi. Ermənistan ordusu ciddi itki verib, 20 ölü, 26 yaralı.
Ermənistanın Müdafiə Nazirliyi qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanat verib.

ANS PRESS-in Tert.am-a istinadən verdiyi məlumata görə, bəyanatda son günlər cəbhə xəttində vəziyyətin kəskin gərginləşdiyi qeyd olunur. Ermənistan tərəfi iddia edir ki, ötən gecə Azərbaycan ordusu müxtəlif silahlardan istifadə edərək atəşkəsi pozub. Nəticədə Ermənistan ordusu ciddi itki verib: 20 ölü, 26 yaralı.

Ermənistan Müdafiə Nazirliyi hədə-qorxu gələrək Azərbaycan ordusuna kəskin cavab veriləcəyini bildirib.

"Azərbaycan tərəfi vəziyyətin gərginləşməsini davam etdirdıyi halda, Ermənistanın Silahlı qüvvələri Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinin mənasız qisasçı cəhdləri barəsində cəza ölçülərini amansızlaşdıracaq", - deyə bəyanatda deyilir.

Qeyd edək ki, xəbər Tert.am saytında yerləşdirildikdən sonra çıxarılıb. Bir neçə dəqiqədən sonra xəbərin yerləşdirmə vaxtı dəyişdirilməklə yenidən sayta yerləşdirilib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar