Ermənilər onlara yardıma gətirən təyyarəni vurub
11 Dekabr 2011 Bazar 13:39
Zəlzələ nəticəsində Ermənistana humanitar yük aparan təyyarənin vurulmasından 23 il ötür.
1988-ci il Ermənistanda baş vermiş zəlzələdən zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş “İl-76” təyyarəsi Ermənistanin Spitak rayonu yaxınlığında “Stinqer” raketilə vurulmasından 23 il ötür.

Nəticədə təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər sağ qalıb. Ermənistan rəhbərliyi və kütləvi informasiya vasitələri həmin hadisəyə reaksiya vermədilər. Maraqlıdır ki, əsassız ərazi iddiaları irəli sürməsinə və tarixi torpaqlarında yaşayan azərbaycanlıları zorla qovaraq qaçqına çevirməsinə baxmayaraq, Azərbaycanda Ermənistan üçün humanitar yardım toplandı. Həmin gün erməni terrorçuları Türkiyəyə məxsus olduğunu düşünərək Yuqoslaviyanın humanitar yük gətirən “An-12” təyyarəsini də vurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar