Ermənilər döyüşə hazırlaşır
05 Avqust 2014 Çərşənbə Axşamı 23:19
Veteranlar İttifaqı icazənin alınması üçün Ermənistanın Müdafiə Nazirliyinə müraciət edib.
Ermənistanın Veteranlar İttifaqı son günlər təmas xəttində vəziyətlə əlaqədar Azərbaycanla sərhədə könüllülər qruplarını göndərməyi təklif edib.

ANS PRESS-in məlumatına görə, bu haqda ittifaq tərəfindən yayılmış bəyanatda deyilir.

"Ermənistanın və "Dağlıq Qarabağ Respublikası"nın sərhədlərində təmas zonasında rəqib tərəfindən hücümların aktivləşmələrini nəzərə alaraq veteranlar ittifaqı sərhəd rayonlarında təhlükəsizliyin təmin olunması üçün könüllü əsaslarla 350-400 döyüşçü göndərməyə hazırdır. Könüllülərimiz Tavuşda növbə çəkə bilər", - deyə İttifaqın bəyanatında deyilir.

Veteranlar İttifaqı icazənin alınması üçün Ermənistanın Müdafiə Nazirliyinə müraciət edib.

Erməni saytı yazır ki, Azərbaycan tərəfinin hücumu zamanı 5 erməni hərbçisi həlak olub, yüzlərlə erməni könüllüsü artıq döyüş mövqelərinə yola düşüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar