Əndicanda tanklar görünməyə başlayıb
26 May 2009 Çərşənbə Axşamı 14:40
Prezident İslam Kərimov buna məhəl qoymayaraq hazırda Braziliyaya rəsmi səfərə uçur

 

Qırğızıstanla sərhəd bağlandıqdan sonra Özbəkistanın Əndican vilayətinin Xanabad sərhəd qapısının yaxınlığında tanklar və ağır texnika, iri polis qüvvələri görünməyə başlayıb və bölgəyə qoşun yeridilib.

Qırğıstanın Oş vilayətinin sərhəd yaxınlığında yaşayan sakinləri telefonla «RİA Novosti»yə bildiriblər ki, bu gün səhər "Xanabad" məntəqəsi yaxınlığında partlayış səsləri də eşidilib.

Eyni zamanda "Ferqana.ru" agentliyi bildirir ki, dünən axşam da Xanabad şəhər milis şöbəsinin binasında partlayış səsi eşidilib. Həmçinin Əngican rayonunun Kurqantəpə rayonunda da atışma olub. Xanabadın bütün əyləncə və ictimai məkanları, çayxanaları bağlıdır.

"Məlumat var ki, son iki həftə ərzində gündüzlər Əndican vilayətində iki xüsusi təyinatlı qrup olub. Fərqanə vadisinin sakinlərinin dediyinə görə, onlar naməlum ekstremistlərin və terrorçuların zərərsizləşdirməsi üzrə əməliyyat keçiriblər ", - deyə "Ferqana.ru" yazır.

Özbəkistan prezident İslam Kərimov isə Əndicanda baş verən hadisələrə məhəl qoymayaraq hazırda Braziliyaya rəsmi səfərə uçur. Bakı vaxtı ilə saat 13.00 radələrində Kərimov Taşkənd hava limanında olub.

Qeyd edək ki, 2005-ci ildə Əndicanda hökumətlə islamçı müxalifət arasında baş vermiş qarşıdurma nəticəsində 187 adam həlak olmuşdu. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar