Efridə səsləndirdikləri zarafata görə, tənqid olundular
27 May 2009 Çərşənbə 18:10
«Barak Obamanı öldürmək elə də çətin məsələ deyil, çünki o, Ağ Evin fonunda aydın seçilir»

Radio verilişləri Şurası «Radio Kanada» radiostansiyasını tənqid edib. Buna səbəb, radiostansiyanın efirdə ABŞ prezidenti Barak Obama haqqında zarafat səsləndirməsidir.
Verilişin aparıcılarının fikrincə, «Barak Obamanı öldürmək elə də çətin məsələ deyil, çünki o, Ağ Evin fonunda aydın seçilir».
Şura verilişi tənqid edib və insident üzrə ilkin araşdırmalar başlandığını bəyan edib.  
Xatırladaq ki, həmin oçerklə əlaqədar olaraq, dinləyicilərdən radiostansiyaya 210-dan çox şikayət daxil olub. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar