Donuz qripi Dominikan respublikasına da keçib
28 May 2009 Cümə Axşamı 09:20
58 yaşlı Santyaqo sakini və 20 yaşlı Santo-Dominqo sakini olan qadınlar xəstəliyi ABŞ-da tutublar

 

Donuz qripi Dominikan respublikasına da keçib. Bu ölkənin iki vətəndaşında A(N1N1) virusu aşkarlanıb. Ölkənin səhiyyə nazirliyinin bildirdiyinə görə, yoluxanlar qadınlardır.

Onlardan biri şimaldakı Santyaqo şəhərində yaşayır, 58 yaşı var. İkincisi isə paytaxt Santo-Dominqo sakinidir, 20 yaşı var. Onların ikisi də ABŞ-dan yenicə dönüblər. /ANS PRESS /

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar