Çində naməlum xəstəlik yayılır
18 May 2009 Bazar Ertəsi 10:20
Naməlum xəstəlikdən əziyyət çəkən 20 nəfər xəstəxanaya yerləşdirilib

Çinin Rusiya ilə sərhəd olan Xeyluntszyan əyalətində naməlum xəstəlik qeydə alınıb. Yerli ət zavodlarından birinin 20 işçisi bu xəstəliklə əlaqədar xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdə baş hərlənməsi, əsəb gərginliyi və sairə əlamətlər müşahidə edilir. Hələlik çinli həkimlər xəstəliyə dəqiq diaqnoz qoya bilməsələr də, qida zəhərlənməsi  və ya yeni qripə yoluxma hallarını istisna ediblər.
İlkin nəticələrə görə, xəstələrdə isterika halları müşahidə edilir. Ancaq bu, tibb işçilərinin qeyri-rəsmi fikridir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar