Çində magistral körpü yıxılıb
18 May 2009 Bazar Ertəsi 18:35
Dağıntı 2 min 750 metr uzunluğu və 8 metr hündürlüyü olan körpünün 200 metrlik hissəsində baş verib

 

Çinin Hunan əyalətinin Zxuzhou şəhərində böyük bir körpünün yıxılması nəticəsində ilkin məlumata görə, 6 nəfər ölüb, 17 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Rəsmi “Şinxua” agentliyinin yaydığı məlumata görə, dağıntı 2 min 750 metr uzunluğu və 8 metr hündürlüyü olan körpünün 200 metrlik hissəsində baş verib.

Dağıntı nəticəsində körpünün altından keçən 27 avtomobilə də ziyan dəyib. Hazırda hadisə yerində 550 nəfərlik heyətlə xilasetmə işləri davam edir. Dağıntıların altından isə indiyə qədər 8 avtomobil çıxarılıb. Xəbər mənbəyi, hadisə nəticəsində şəhərin avtomobil yollarında böyük tıxaclar meydana gəldiyini bildirib. Qeyd edək ki, 1995-ci ildə istifadəyə verilmiş körpünün yıxılma səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar