Çin istehsal etdiyi geyimlərin zərərli olduğunu etiraf edib
29 May 2009 Cümə 23:00
Geyimlərdə həddindən artıq istifadə olunan formaldehit insan dərisində və nəfəs yollarında infeksion xəstəliklər yaradır

 

Çində keçirilən araşdırma nəticəsində məlum olub ki, istehsal mərkəzi hesab edilən Quancjou əyalətində hazırlanan uşaq geyimlərinin 50 faizdən çoxu insan saglamlığı üçün zərərlidir. ANS PRESS-in “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, həmin geyimlərdə həddindən artıq formaldehit (HO (CH2O)xH) maddəsindən istifadə olunur. Həmin maddə insanın dərisində və nəfəs yollarında infeksion xəstəliklər yaradır.

Bundan başqa bu əyalətdə istehsal edilən mebellərin 1/3 hissəsi də təhlükəsizlik sınağından keçə bilməyib. Belə ki, bu məhsulların bəzilərində mexaniki problemlər olub, bəzilərində isə həddindən artıq formaldehitdən istifadə olunduğu müəyyən olunub. Bundan başqa istehsal olunan məhsullarda insan sağlamlığı üçün zərərli olan qurğuşun, kadmium və xromun həddindən çox istifadə edildiyi müəyyən edilib.

Quancjou əyaləti Məhsul təhlükəsizlik idarəsinin rəsmisi Lin Ruiksi istehsal edilən məhsullarda kimyəvi elementlərin həddindən çox istifadə edilməsini, istehsal üçün zəruri olan xammalın və boyaların standartlara uyğun olmaması ilə izah edib.  /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar