Biq-Ben 150 illiyini qeyd edir
30 May 2009 Şənbə 13:40
Tarix boyu saat bir neçə dədə dayansa da, London mütəxəssisləri onu təmir edə biliblər

İngiltərərnin simvolu sayılan dünyada ən məşhur saat  Biq-Ben öz 150 illiyini qeyd edir. Saat Vestminster sarayının Müqəddəs Stefan qülləsində quraşdırılıb. Bu barədə "Vesti.ru" məlumat verib.

Saat kvadrat şəkillidir və bütün çəkisi beş tondur. Biq– Benin sferblatları, yəni rəqəmlər göstərilən lövhəcikləri hər 4 istiqamətdə hazırlanmışdır. Onlar Birminhemə məxsus olan opaldan, yəni qiymətli daşdan hazırlanmışdır. Saatı göstərən əqrəb çuqundan, dəqiqəni göstərən isə misdən hazırlanmışdır. Aparılan hesablamalara görə, dəqiqəni göstərən əqrəblər il ərzində tam 190 km yol qət edirlər.

Tarix boyu saat bir neçə dədə dayansa da, London mütəxəssisləri onu təmir edə biliblər. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar