Bərzani yenə Kərkükə iddia edir
29 May 2009 Cümə 16:50
Şimali İraqın regional lideri həm də federal İraqın kürd və ərəb dövlətlərindən ibarət olduğunu deyib

 

Şimali İraqın regional lideri Məsud Bərzani yenidən İraq türkmənlərinin mərkəzi şəhəri sayılan Kərkükə iddia edib. Belçika baş nazirinin müavini ilə görüşündə o, "Kərkük nefti, yeraltı qaynaqları və torpağı ilə Kürdüstan bölgəsinin bir parçasıdır" deyib. ANS PRESS-in CNN Türk-ə istinadən verdiyi məlumata görə, daha sonra Bərzani federal İraqdan bəhs edib: «Federal İraqda kürdlər və ərəblər olmaqla iki dövlət var» deyib.

Xatırladaq ki, ABŞ-ın İraqa qarşı ilk hərbi əməliyyatlarından sonra Dohuk dağlarından enən kürd silahlı dəstələri əsasən türkmənlardan ibarət 300 min əhalisi olan Ərbil şəhərini ələ keçirərək paytaxtlarına çeviriblər. Şəhərə dağlardan 600 minə qədər kürd köçürüblər və daha sonra Kürdüstan muxtariyyətinin tərkibinə salıblar.

Amerikalıların İraqa ikinci hücumundan sonra isə eyni siyasəti Kərkükə qarşı tətbiq edirlər. Amerikalıların Kərkük polisini kürdlərə tabe etməsi buna imkan yaradıb.  Artıq Kərkük ətrafında 600 minə qədər kürd yerləşdirilib və Bərzani rejimi neftlə zəngin bu şəhəri də öz hakimiyyəti altına salmağa çalışır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar