Barselona hava limanında iki təyyarənin toqquşma təhlükəsi
07 İyul 2014 Bazar Ertəsi 12:12
Rusiyanın Utair şirkətinə məxsus avialayner Argentina Hava Yollarına aid təyyarə ilə toqquşma təhlükəsi yaşayıb.
ANS PRESS-in məlumatına görə, hadisə İspaniyanın Barselona şəhərində beynəlxalq hava limanında baş verib.

Təhlükəsizlik kameralarına düşən kadrlarda aydın görmək olur ki, Rusiya təyyarəsi uçuş zolağına daxil olarkən Argentinaya aid təyyarə eniş edir. Bu zaman eniş edən təyyarə zolaqda olan avialaynerlə toqquşacağını görür və yenidən havaya qalxır. Utair şirkəti məlumatı təsdiqləyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar