«Ayla» qasırğası Hindistanda 12 nəfərin həyatına son qoyub
25 May 2009 Bazar Ertəsi 20:25
Sürəti saatda 120 kilometrə çatan külək evlərin damlarını uçurub və ağacları kökündən qırıb

 

Bu gün axşam Hindistan və Banqladeşdə güclü tropik qasırğası baş verib. ANS PRESS-in RİA Novosti agentliyinə istinadən yaydığı məlumata görə, qasırğa 17 nəfərin ölümünə səbəb olub.

"Ayla" qasırğası Benqal körfəzində formalaşıb və günün ikinci yarısında Banqladeşlə Hindistanın Qərbi Benqaliya ştatının sahilinə çatıb.

Sürəti saatda 120 kilometrə çatan külək evlərin damlarını aşırıb və ağacları kökündən qırıb.

Hindistanda qasırğa nəticəsində ən azı 12 nəfər həlak olub. Banqladeşdə isə qasırğa beş nəfərin həyatına son qoyub.

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar