Atatürkün qeydiyyatda olduğu evi ermənilər almaq istəir
04 May 2009 Bazar Ertəsi 19:45
Son illərdə Türkiyənin Qaziantep vilayətində ermənilər kütləvi surətdə ev almağa başlayıb və bu, əhali arasında təşviş yaradıb

 

Son illərdə Türkiyənin Qaziantep vilayətində ermənilər kütləvi surətdə ev almağa başlayıb. ANS PRESS Türkiyənin "İnternetajans" saytına istinadən bildirir ki, ermənilər xüsusilə köhnə evləri yüksək məbləğdə pul verərək satın alırlar.
Xəbər mənbəyi Qaziantepdə Atatürkün qeydiyyatda olduğu, ən çox 100 min lirə (təxminən 50 min manat) qiyməti olan evə ermənilərin 800 min lirə (təx. 400 min manat) təklif etdiyini bildirir. Bu hadisə şəhər ictimaiyyəti arasında təşvişə səbəb olub. Əhali ermənilərin bir neçə ildən sonra Qaziantepin erməni şəhəri olmasını iddia edəcəyindən qorxur.
Qeyd edək ki, Birinci Dünya Müharibəsi vaxtı fransızlarla birlikdə ermənilər də Antep şəhərinə hücum etmiş, ancaq yerli özünümüdafiə dəstələri (Kuvayi Milliyyə) onları şəhərdən çıxarmışdı. Bundan sonra şəhər Nazirlər kabineti tərəfindən Qazi ünvanı ilə təltif edilmiş və o zamandan bəri Qaziantep adlanır.

Şirəli Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar