Almaniyada qatar aşdı: çox sayda yaralı var
02 Avqust 2014 Şənbə 06:48
Yük qatarının sərnişin qatarına toqquşması nəticəsində 5-i ağır, 40 nəfər yaralanıb.
Almaniyanın Manheym şəhərində bir yük qatarının sərnişin qatarına toqquşması nəticəsində 5-i ağır 40 sərnişinin yaralandığı bildirilir. ANS PRESS-in məlumatına görə, Manheym xilasedicilər bildiriblər ki, Manheym avtovağzalına 200 metr məsafədə meydana gələn qəzada, yük qatarı hələ bilinməyən səbəblə "Eurocity" sərnişin qatarına çırpılıb. Qəza nəticəsində Avstriyanın Graz şəhərindən Saabrukgenə gedən sərnişin qatarının 5 vaqonun relsdən çıxdığı, içində təxminən 110 sərnişinin olduğu iki vaqonun isə aşdığı qeyd edilib. Qəzada 5-i ağır olmaqla 40 adamın da yaralandığı qeyd edilir. Qatarda cəmi 250 sərnişin olub.

Toqquşma nəticəsində Dizburq şəhərindən Macarıstanın Sopron şəhərinə gedən yük qatarının da lokomotiv qismi ilə ilk iki vaqonunun relsdən çıxdığı, qatarın üzərində olan konteynerlərin də yerə düşdüyü bildirilir. Qəzadan sonra Manheym avtovağzalı bağlanıb və çox sayda xilasedici hadisə yerinə cəlb olunublar.

Qeyd edək ki, qəzadan öncə qatarların sürətlərini azaltması daha böyük faciənin baş verməsinin qarşısını alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar