ABŞ təyyarələrindən İraqa humanitar yardım atıldı
11 Avqust 2014 Bazar Ertəsi 11:32
ABŞ Mərkəzi Komandanlığı İraqın Sincar şəhərində təcrid olan sakinlərə humanitar yardımın göstərilməsi kadrlarını yayıb.
Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı İraqın Sincar şəhərində təcrid olan sakinlərə humanitar yardımın göstərilməsi kadrlarını yayıb.

ANS PRESS-in məlumatına görə, ABŞ hərbi qüvvələrinə məxsus bir ədəd C-17 və iki ədəd C-130 karqo təyyarəsindən Sincar sakinlərinə 72 paket yardım atılıb. Yardım paketlərində 3804 şüşə içməli su və 16128 qabda hazır yemək olub.

ABŞ-la yanaşı, Böyük Britaniya da hərbi-hava qüvvələrinin Sincar dağları ərazisinə su konteynerləri və günəş lampaları atdığını açıqlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar