ABŞ prezidenti Səudiyyə Ərəbistanına gəlib
03 İyun 2009 Çərşənbə 16:55
Obama Ər-Riyadda Kral Abdulla ibn Abdül Əzizlə danışıqlar aparacaq

 

ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanına rəsmi səfərə gəlib. ANS PRESS-in BBC-yə istinadən yaydığı xəbərə görə, o, burada Kral Abdulla ibn Abdül Əzizlə danışıqlar aparacaq.

Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanı kralı ilə görüş zamanı ABŞ prezilenti beynəlxaq və regional problemləri, 1945-ci ildə kral Əbdül Əzizin Amerika prezidenti Franklin Ruzveltlə danışıqlar nəticəsində əsası qoyulan ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələrini müzakirə edəcək.

Obama Ər-Riyaddan Qahirəyə yollanacaq./ANS PRESS/ 

 

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar