ABŞ Fələstinin müstəqilliyini dəstəkləyir
02 İyun 2009 Çərşənbə Axşamı 15:35
ABŞ prezidenti İranı nüvə tədqinatlarını dayandırmağa çağırıb

ABŞ prezidenti Barak Obama Yaxın Şərq səfəri öncəsi BBC-yə verdiyi müsahibəsində Fələstinin mütəqil dövlət kimi tanınmasının tərəfdarı olduğunu bildirib.

Fələstin xalqının dövlətə sahib olmasının İsrailə də sabitlik gətirəcəyini vurğulayan Obama sülh və təhlükəsizlik içində yan-yana yaşayan iki dövlətin ABŞ üçün də əlverişli olduğunu vurğulayıb.

Obama İran mövzusuna da toxunub və bu ölkə ilə münasibətləri diplomatik yolla inkişaf etdirməyi arzuladığını bildirib. O, İranın nüvə silahı əldə etmə istəyindən vaz keçməsinin bütün düyanın xeyrinə olacağını deyib və bu yolda müvəffəqiyyətin möhkəm dialoqla əldə edilə biləcəyini ifadə edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar