ABŞ-da kilsəyə basqın olub
09 Mart 2009 Bazar Ertəsi 10:10
Naməlum şəxs rahibi öldürəndən sonra özünü yaralayıb

Amerika Birləşmiş Ştatlarının İllinois ştatında kilsəyə silahlı basqın olub. Silahlı şəxs kilsənin rahibini öldürəndən sonra özünə bıçaqla xəsarət yetirib. Onu zərərsizləşdirmək istəyən iki nəfər də müxtəlif xəsarətlər alıblar. Adı açıqlanmayan şəxsin kilsəyə nə üçün basqın etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, basqın zamanı kilsədə 150-ə yaxın adam olub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar