ABŞ-da ən yüksək maaşı həkimlər alır
11 May 2009 Bazar Ertəsi 11:30
"Forbes" jurnalının tərtib etdiyi reytinqə görə ölkədə ən yüksək maaşı tibb işçiləri alırlar

 

"Forbes" jurnalı ABŞ-ın ən yüksək maaşlı peşələrinin reytinqini açıqlayıb. Reytinqdə həkim peşəsi ilk yeri tutur. Bu barədə Gazeta.ru məlumat verib. Belə ki, ölkədə ən yüksək illik gəlir cərrahın payına düşür ($206 770). Tibb işçiləri sıralamada ilk 15 yeri tutublar.

Digər yüksək maaşlı işlər arasında – top-menecer, vəkil, pilot, təyyarə dispetçeri, neftçi və maliyyə analitiki kimi peşələr var. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar