Abdullah Gül Orta Asiyaya səfər edəcək
26 May 2009 Çərşənbə Axşamı 04:45
O, səfər çərçivəsində Qırğızstan və Tacikistandakı həmkarları ilə təkbətək görüşlər keçirəcək

Bu gün Türkiyə prezidenti Abdullah Gülün Qırğızıstan və Tacikistana səfəri başlayır. ANS PRESS, “Cihan” agentliyinə istinadən xəbər verir ki, səfərdə Abdullah Gülü dövlət naziri Faruk Çelik, sənaye və ticarət naziri Nihat Ergün, bəzi millət vəkilləri, iş adamları və jurnalistlərdən ibarət nümayəndə heyəti müşaiyət edəcək. Türkiyə prezidenti səfər çərçivəsində hər iki ölkədəki həmkarları ilə təkbətək görüşlər keçirəcək, bəzi regional və beynəlxalq məsələləri müzakirə edəcək. Bundan başqa Abdullah Gül bu ölkələrdə yaşayan türkiyəli iş adamları ilə də görüşəcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar