Abdulla Güllə Serj Sarkisyan görüşüb
08 May 2009 Cümə 09:15
Görüşdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, həmçinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib

Türkiyə prezidenti Abdulla Gül, "Avropa Birliyi-Cənub dəhlizi" sammitində iştirak etmək üçün getdiyi Çexiyanin paytaxtı Praqa şəhərində Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşüb. Bu barədə CNN Türk məlumat verib.

Mətbuata qapalı şəraitdə keçirilən görüş Mandarin Otelində Bakı vaxtı ilə saat 01.20-də başlayıb. Hər iki prezident bir-birinin əllərini sıxaraq salamlaşıb.

Görüşdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, həmçinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib.

Xatırladaq ki, bunan əvvəl Abdulla Gül Azərbaycan prezidenti İlham Əliyevlə də görüşüb.  Bu görüş təxminən 45 dəqiqə çəkib. Mətbuata qapalı şəraitdə keçirilən görüşdə iki ölkənin xarici işlər nazirləri də iştirak edib. Söhbət zamanı İlham Əliyevin Türkiyə prezidentinə Serj Sarkisyanla görüşü barədə məlumat verdiyi bildirilir./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar