14 yaşlı qız tanışı tərəfindən zorlandı
11 Avqust 2014 Bazar Ertəsi 11:48
Türkiyədə 14 yaşlı qız 20 yaşlı oğlan tanışı tərəfindən inşaatda zorlanıb.
Türkiyədə 14 yaşlı qız tanışı tərəfindən inşaatda zorlanıb.

ANS PRESS-in məlumatına görə, azyaşlı qız tanışı tərəfindən aldadılaraq çalışdığı inşaat yerinə aparıb.

Belə ki, 14 yaşlı B.B. telefonla 20 yaşlı N.A. ilə tanış olub. Bir müddət telefon vasitəsilə söhbətləşən gənc kişi qızla görüş təyin edib. B.B. ilə görüşən N.A. qızı rahat danışmaq üçün çalışdığı inşaata aparıb. Qızla birlikdə inşaatdakı fəhlələrin soyunub-geyinmə otağına qalxan N.A. sonradan onu zorlayıb. Daha sonra 14 yaşlı qızı heç nə olmamış kimi evlərinə yola salıb.

Qız olanları ailəsinə danışıb. Onlar polisə şikayət ediblər. Şikayət əsasında polis araşdırma aparıb. Araşdırmalar zamanı N.A.-nın həqiqətən də 14 yaşlı qızı zorladığı təsdiq olunub.

Polis N.A.-nı həbs edib. Onun barəsində cinayət işi başlanıb, istintaq gedir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar