Yeni viruslara qarşı xəbərdarlıq
26 Aprel 2010 Bazar Ertəsi 05:00
“Cihazdakı viruslar antivirusla təmizlənsə də “Winrar” və “WinZip” kimi arxiv proqramların içində viruslar qalmağa nail olur”.
Virtual təhlükəsizlik şirkətləri yeni viruslara qarşı xəbərdarlıq edib. Mütəxəssislər xüsusilə də “Winrar” və ya “WinZip” kimi arxiv proqramlarının içində virusların gizlənə biləcəyini deyib. “Cihazda olan viruslar antivirus proqramları vasitəsilə təmizlənsə də “Winrar” və “WinZip” kimi arxiv proqramların içində viruslar antivirusun əhatəsindən kənarda qalmağa nail olur”.

“Black Hat” adlı virtual təhlükəsizlik konfransında bu məsələni müzakirə edən mütəxəssislər özəlliklə rar və zip formatlı dosyelərdə virusların gizlənməsi üçün əlverişli şərait olduğunu bildirib. Bu səbəblə də belə formatlı dosyelərin göndərildiyi e-maillərin açılmadan əvvəl antivirus proqramı ilə təmizlənməsi xüsusilə vurğulanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar