Gəncə Avtomobil Zavodu bu il 1200 avtomobil yığacaq
12 Yanvar 2010 Çərşənbə Axşamı 06:30
Gəncə Avtomobil Zavodu bu il 1200 avtomobil yığacaq. Müəssisədə 300 ədəd qoşqu avadanlığının istehsalı da nəzərdə tutulur.
Öz fəaliyyət dairəsini gündən-günə genişləndirən Gəncə Avtomobil Zavodunda bu il 1200 müxtəlif markalı avtomobil yığılacaq.

Zavodun direktoru Xanlar Fətiyev deyib ki, buraxılacaq nəqliyyat vasitələrinin 500-ü “MAZ” markalı yük avtomobili, 500-ü “Belarus” traktoru, 200-ü isə kommunal xidmət təyinatlı maşın və avtokran olacaq. Müəssisədə 300 ədəd qoşqu avadanlığının yığılması da nəzərdə tutulur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar