Ölkede mobil telefonlar bahalaşır
15 Fevral 2015 Bazar 14:40
Ölkeye idxal edilen mobil telefonların sayı azalıb, qiymetde ise 22,4% artım müşahide olunur.
2014-cü ilin yekunu üzre Azerbaycan 51 milyon dollar mebleğinde 88 minden çox mobil telefon ve simsiz şebekelerde işleyen diger qurğular (planşet kompüterler, radiotelefonlar ve s.) idxal edib.
ANS PRESS-in Dövlet Statistika Komitesine istinaden verdiyi melumata göre, 2013-cü ille müqayisede keçen il Azerbaycana idxal edilen mobil telefonların sayı 6 faizden çox azalıb, qiymetde ise 22,4% artım müşahide olunur.
Müqayise üçün, 2013-cü ilde ölkeye 94,5 minden çox telefon getirilib.
Dövlet Komitesinden bildirilib ki, ölkeye her ay orta hesabla 7 minden çox mobil telefon ve simsiz şebekelerde işleyen diger qurğular idxal edilib. Mobil telefon bazarının aylıq hecmi 427 min dolları ötüb.
DOSTLARINLA PAYLAŞ: