Dövlət saytlarına girişdə problem yaranıb
31 Yanvar 2015 Şənbə 12:42
Azərbaycanda dövlət saytlarına girişdə problem yaranıb. Saytlara giriş bir müdətlik mümkün olmayıb.
Ölkədə dövlət saytlarına girişdə problem yaranıb.
ANS PRESS-in məlumatına görə, saytlara giriş bir müdətlik mümkün olmayıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov ANS PRESS-ə açıqlamasından məsələyə aydınlıq gətirib. O bildirib ki, dövlət saytlarında təhlükəsizliyin artırılması məqsədi ilə mütamadi olaraq profilaktik tədbirlər görülür.
"Məhz bu səbəbdən bu gün texniki problemlər yaranıb. Ancaq qısa zamanda iş görülərək problem aradan qaldırılıb. Hazırda “gov.az” domeni ilə fəaliyyət göstərən saytlar istifadəçilərin xidmətinə verilib", - deyə nazirlik rəsmisi söyləyib.
DOSTLARINLA PAYLAŞ: