Yeni növ televizorlar hazırlanır
12 Noyabr 2011 Şənbə 12:43
Yaponiya şirkəti müasir televiziya qəbuledicisi barədə təsəvvürü dəyişmək istəyir.
Sony korporasiyası Yaponiya istehsalçısına rəqibləri ilə mübarizə aparmaqda kömək edəcək yeni növ televizorlar hazırlayır. Bunu şirkət rəhbəri Hovard Stringer bildirib.
Korporasiyanın televiziya istehsalı bölməsi uzun müddətdir itkilərlə üzləşir və buna görə səhmdarlar rəhbərlikdən vəziyyətin yaxşılaşması üçün tədbirlər görməsini tələb edirlər.
Hovard Stringer “yeni növ televizor” dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib və yalnız onu bildirib ki, Apple şirkətinin keçmiş rəhbəri Stiv Cobs müasir televiziya qəbuledicisi barədə təsəvvürü dəyişmək istəyirdi və Yaponiya şirkəti də məhz buna çalışır.
Onun sözlərinə görə, yeni növ televiziyaya keçid prosesi mürəkkəb və uzunmüddətli olacaq.
Sony şirkətinin rəhbəri Apple korporasiyası ilə rəqabət aparmaq üçün ekosistemin yaradılmasına beş il vaxt sərf etdiyini və onun tətbiqi vaxtının gəlib çatdığını qeyd edib, Onliner yazır.
DOSTLARINLA PAYLAŞ: