Yeni iPhone oktyabrın 4-də təqdim ediləcək
28 Sentyabr 2011 Çərşənbə 13:51
Apple şirkəti jurnalistlərə oktyabrın 4-də yerli vaxtla səhər saat 10:00-da (Bakı vaxtı ilə 22:00) başlayacaq "Let’s Talk iPhone" adlı tədbirə dəvətnamə göndərib.
Apple şirkəti jurnalistlərə oktyabrın 4-də yerli vaxtla səhər saat 10:00-da (Bakı vaxtı ilə 22:00) başlayacaq "Let’s Talk iPhone" adlı tədbirə dəvətnamə göndərib.
Tədbirdə Apple şirkətinin yeni nəsil iPhone smartfonlarını təqdim edəcəyi güman edilir. Bunu təqdimat mərasiminin adından da anlamaq mümkündür, Lenta yazır.
Təqdimat Apple şirkətinin Kaliforniya ştatının Kupertino şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq. Bu, yaranan ənənəyə ziddiyyət təşkil edir. Belə ki, şirkət son illər tədbirlərin əksəriyyətini San-Fransiskodakı Yerba Buena Mərkəzində keçirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: