Yeni iPad satışa çıxarılıb
16 Mart 2012 Cümə 14:39
Planşetin avtonom rejimdə iş vaxtı 10 saat təşkil edəcək.
Bu gün dünyada yeni Apple iPad planşet kompüterinin satışına start verilib. Qurğunu ilkin olaraq avstraliya alıcıları əldə edə biliblər.

Avstraliya ilə yanaşı, martın 16-da aparatın satışına Böyük Britaniya, Almaniya, Honq Konq, Kanada, Sinqapur, ABŞ, Fransa, İsveçrə və Yaponiyada başlanılıb.

Wi-Fi versiyalı qurğunun qiyməti 499-699 dollardır. 3G+LTE modullu aparatların qiyməti 629-829 dollar təşkil edir. Planşetləri 16, 32 və 64 giqabaytlı modifikasiya ilə almaq mümkündür.

Yeni iPad-in təqdimatı martın 7-də San-Fransiskoda olub. Əvvəlki, ikinci nəsil planşetlərdən qurğu prosessor (yeni qrafikalı A5X), eləcə də 2048x1536 piksel təsvir ölçülü (piksellərin sıxlığı bir düyüm üçün 264) Retina ekranı ilə fərqlənir.

Apple həmçinin planşetin arxa panelinə yerləşdirilən kameranı yeniləyib. Belə ki, kamera indi 5 meqapiksellidir, yeni konstruksiyalı obyektivlə təchiz edilib və videonu 1080p təsvir ölçüsündə çəkə bilir.

Yeni iPad LTE şəbəkələrində işləyə bilsə də, üçüncü nəsil şəbəkələrini dəstəkləməkdə davam edəcək.

Planşetin avtonom rejimdə iş vaxtı 10 saat təşkil edəcək. LTE şəbəkəsinə qoşulan zaman bu göstərici 9 saatadək azalır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar