Yeni Azercell prezidenti Kirill Qaburiç ictimaiyyətə təqdim olunub
24 İyul 2012 Çərşənbə Axşamı 18:09
Azərbaycanın ən iri mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətinin yeni rəhbəri Kirill Qaburiç ölkə ictimaiyyətinə təqdim olunub.
«APA-ECONOMICS»in məlumatına görə, bildirilib ki, 2008-ci ildən şirkətin prezidenti vəzifəsini tutan Əli Ağanı sentyabrın 1-dən bu vəzifədə Kirill Qaburiç əvəz edəcək.

Qeyd edək ki, Kirill Qaburiç 2001-ci ildən Moldovanın indiyədək «Moldcell» şirkətində (bu şirkət də «Azercell» kimi «TeliaSonera» şirkətlər qrupuna daxildir) işləyib, son bir neçə ildə baş direktor vəzifəsində çalışıb.

Qeyd edək ki, sentyabr ayına qədər Əli Ağan «Azercell»in rəhbəri vəzifəsində fəaliyyətini davam etdirəcək. Bundan sonra o, «TeliaSonera» şirkətlər qrupuna daxil olan Özbəkistanın «Ucell» şirkətinin prezidenti kimi fəaliyyət göstərəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar