Yazı maşinkası kompüterə məğlub oldu
28 Aprel 2011 Cümə Axşamı 06:55
Dünyanın axırıncı yazı maşinkası fabriki “Godrej and Boyce” bağlandı
Hindistanda olan dünyanın axırıncı yazı maşinkası fabriki “Godrej and Boyce” bağlandığını elan edib. Mumbayda olan fabrikin rəsmiləri istehsalı dayandırdıqlarını, anbarda sadəcə bir-neçə yüz ədəd maşinka qaldığını bildiriblər. Kompüterdən istifadənin intensiv hal alması ilə yazı maşinkasından istifadə edənlərin sürətlə azaldığını deyən şirkətin direktoru Milind Dukle əllərində olan sifarişləri çatdıraraq fabriki tamamilə bağlayacaqlarını deyib: “1990-cı illərdə ildə 50 000-dən çox tazı maşinkası satırdıq. Amma son 10 ildə Hindistanda da maşinkaya ehtiyac azalıb. 2009-cu ilə qədər 10 000 ilə 12 000 arasında maşinka istehsal edirdik. Axır 2 ildə bu rəqəm daha da azaldı və keçən il sadəcə 800 yazı maşinkası sata bildik və istehsalı dayandırmağa qərar verdik. Əlimizdə bir ərəb ölkəsindən gəlmiş 200 sifariş var. Daha sonra istehsalı tamamilə dayandıracağıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar