Yaponlardan daha bir inqilabi araşdırma
09 İyun 2012 Şənbə 09:30
Kök hüceyrədən qaraciyər hazırlanıb.
Yaponiyalı alimlər daha bir inqilabi kəşfə imza atıblar. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, alimlər kök hüceyrədən qaraciyər hazırlayıblar.
Yokohama universitetinin əməkdaşları Hideki Taniguçi və heyəti pluripotent kök hüceyrəni (iPS) siçanın başına nəql ediblər.
Qaraciyər hüceyrələrinin hazırlanmasına proqramlaşdırılan kök hüceyrənin köməyi ilə 5 milimetr böyüklüyündə insan qaraciyəri yaradılıb.
Elm adamlarının bu araşdırması qaraciyər nəqlini gözləyən minlərlə insan üçün ümid işığı olub.
DOSTLARINLA PAYLAŞ: