Yaponlar yenə hamını təəccübləndirib
05 Aprel 2010 Bazar Ertəsi 20:55
Osaka Universitetində robot qız hazırlanıb
Öz texniki kəşfləri ilə dünyanı heyrətləndirən yaponlar bu dəfə də qeyri-adi robot istehsalı ilə yadda qalıb. Belə ki, Osaka Universitetində hazırlanan robot qız insana bənzərliyi və əsl insan kimi davranışı ilə inanılmaz görüntülərə səhnə olub.
Robot qız insan hərəkətlərini mimikaya qədər eyni etməklə, heç bir fərq hiss etdirmir. “Geminoid te me ef adlı” bu robotun üzü sintetik dəridən hazırlanıb. Onun xəstəxanada sınaq məqsədi ilə xəstələrlə ünsiyyət qurması planlaşdırılır. Robotun 100 000 dollardan çox qiymətə satılacağı bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: