Yaponlar süni ürək yaratdılar
14 May 2012 Bazar Ertəsi 15:27
Mini nasos dəqiqədə 5 litr qan ötürə bilir.
Yaponlar ürəyi əvəz edə bilən mini nasos yaradıblar. ANS PRESS-in Rusiya mətbutına istinadən verdiyi məlumata görə, naqilsiz mexaniki nasosu Toxoki Universitetinin mütəxəssisləri hazırlayıblar. Bu süni ürəyin hazırlanması yolunda atılan daha bir addımdır.

Nasos silindirik maqnitin fırlanması ilə dəqiqədə 5 litrdən artıq qan ötürə bilər. Bu əsl ürəyin ritminə yaxın göstəricidir. Rəsmi hesablamalara görə, bu nasos digərlərindən həcminə görə də fərqlənir. Belə ki, ənənəvi mexaniki nasoslar böyük olur.

Bu da onları bədənə yerləşdirməyə mane olur. Bundan əlavə onları qida mənbəyinə qoşmaq lazımdır ki, buda xəstənin dərisinin altından keçir. Yeni nasos isə isə adi batareya boyundadır. Yeni qurğu nəinki kompakt olması ilə, həm də sadə sturukturu ilə seçilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar