Yahoo baş icraçı direktoru Karo Bartz işdən qovulub
07 Sentyabr 2011 Çərşənbə 21:22
Yahoo baş icraçı direktoru Karo Bartz rəhbərlik etdiyi şirkətin son illər nüfuzdan düşməsinə görə çıxarılıb.
İnternet biznes aləmində qalmaqallı hadisə baş verib. Ən məşhur axtarış sistemlərindən biri sayılan "Yahoo"nun baş icraçı direktoru Karo Bartz şirkət işçilərinə elektron məktub göndərərək şirkət prezidentinin onu qovduğunu açıqlayıb.
3 il bu vəzifəni icra edən Bartzın rəhbərlik etdiyi şirkətin son illər nüfuzdan düşdüyü və gəlirlərinin xeyli azaldığına görə bu postdan qovulduğu məlumat verilir.
5-6 il əvvələ qədər dünyanın ən məşhur axtarış sistemi olmasına rəğmən indi "Yahoo" bu mövqeyi sonradan bazara girən "Google" şirkətinə təhvil verib. "Yahoo" həm təklif olunan xidmətlərdə, həm də keyfiyyətli və operativ fəaliyyətinə görə bütün parametrlərdə "Google" şirkətinə uduzub.
"Gooqle" şirkəti isə internet istifadəçilərinin rəğbətini qazanaraq təkcə bu il gəlirlərini 27 faiz artıraraq 8,6 milyard dollar mənfəət əldə edib.
Yeri gəlmişkən, ildə xalis gəliri bir milyard dollardan çox olan internetin ən böyük video xostinqi "YouTube" da hazırda "Google" şirkətinin nəzarətinə altına keçib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: