Xilasedicilər 50 nəfərin cəsədini tapıblar
06 Aprel 2009 Bazar Ertəsi 17:35
Təbii fəlakət nəticəsində 50 minə yaxın insan evsiz qalıb

 

İtaliyada bu gün səhər saatlarında 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində həlak olanların sayı durmadan artır. Artıq xilasedicilər dağıntılar altından 50 nəfərin cəsədini çıxara biliblər. Hələlik necə insanın yaralı olduğu barədə dəqiq məlumat yoxdur. Təbii fəlakət 50 minə yaxın insanı evsiz qoyub.
Qeyd edək ki, zəlzələnin episentri Abruzzo bölgəsindəki Lakuila şəhərində şəhərində yerləşir. Xilasetmə işlərində 40 briqada ilə yanaşı könüllülərdə çalışırlar. Romadan bura iki səhra hospitalı gətirilib. /ANS PRESS/ 

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar