Xalça onlayn jurnalının (www.xalca.az) təqdimatı keçirilib
27 Dekabr 2011 Çərşənbə Axşamı 18:29
www.xalca.az saytı vasitəsi ilə dünya ictimaiyyətinə şərq xalçaları haqqında məlumatlar çatdırılacaq.
“Azərbaycan Xalçaçıları” İctimai Birliyinin təsis etdiyi “Xalça” beynəlxalq onlayn jurnalının (www.xalça.az) təqdimat mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, üç dildə (Azərbaycan, rus, ingilis) təqdim olunan jurnalın əsas məqsədi dərin köklərə malik olan qədim və müasir Azərbaycan, xüsusən də Şərq xalçaları haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır.

“Xalça” onlayn jurnalında Azərbaycanda və dünyada fəaliyyət göstərən xalçaçılar, müasir dövrdə xalçaçılığın inkişaf şəraiti və istehsalı, ənənəvi xalçaların özəlliklərinin tədqiqi məsələlərinin araşdırılması, bu sənətin keçmişinə və bu gününə aid elmi, tarixi və təcrübi məsələlər, xalçaçılıq ənənələrinin qorunub saxlanılması vəziyyəti və problemləri, müasir dövrdə xalçaçılığın gələcək inkişaf perspektivləri haqqında məlumatlar yerləşdiriləcək. Bütün bu məlumatlar jurnalın “Azərbaycan xalçaları”, “Simpoziumlar, Konfranslar”, “Şərq xalçası”, “Sərgilər”, “Xəbərlər” rubrikalarında öz əksini tapacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar