Whois yeni elektron portalı
21 İyul 2013 Bazar 11:29
Ən son qeydiyyatdan keçən domenlər portalın siyahısına əlavə olunub.
Azərbaycan Respublikası Dövlərt Orqanlarının Rəsmi İnternet Resursu - yeni dizaynı, genişləndirilən məlumat bazası və istifadəçilərin rahatlığı üçün əlavə olunan bir sıra imkanları ilə istifadəyə verilib. ANS PRESS Azərbaycan Respublikası Dövlət Orqanları üçün Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadən xəbər verir ki, elektron portaldan “Whois” axtarış sisteminə uyğun olaraq “GOV.AZ” seqmentindəki istənilən azad və ya istifadədə olan domenlər haqqında məlumat əlde etmək mümkündür.
Yeni yaranan domenlər haqqında istifadəçiləri məlumatlandırmaq üçün portala həmçinin ən son qeydiyyatdan keçən domenlərin siyahısı da əlavə olunub.
DOSTLARINLA PAYLAŞ: