VKontakte qadağan olunur
24 May 2013 Cümə 11:56
Artıq sosial şəbəkə VKontakte Rusiyanın bir sıra ərazilərində işləmir.
“VKontakte” şəbəkəsi qadağan olunur. ANS PRESS-in “lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, vk.com artıq Rusiyanın bir sıra ərazilərində, o cümlədən, Sankt-Peterburq və Volqaqrad vilayətində işləmir.

Rusiyaının Rabitə, İnformasiya Texnologiyaları və Kommunikasiya sahəsinə nəzarət üzrə Federal xidmətin rəsmisi Vladimir Pirkovun verdiyi məlumata görə, bu sosial şəbəkə bundan sonra bütün abonentlərdə qadağan ediləcək. Pirkov bu vəziyyəti “qeyri-müəyyən” adlandıraraq şərh verməkdən imtina edib.

Adətən bu xidmət uşaq pornoqrafiyası ilə məşğul olan saytları bağlayır. "Антизапрет.инфо" saytında verilən məlumata görə, vk.com saytında olan “Detskaya moda” qrupunda hamamda çimən lüt uşaq şəkli verilib. Buna görə həmin domenin bağlandığı ehtimal olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar