Türkiyənin revolver tipli qumbaraatanın Azərbaycanda istehsalına başlanır
20 Oktyabr 2011 Cümə Axşamı 13:42
Türkiyənin Makina-Kimya Sənayesi Təşkilatı (MKEK) və Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) yaxın vaxtlarda birgə layihələrin icrasına başlayacaq.
Bu barədə APA-ya Makina-Kimya Sənayesi Təşkilatının baş direktoru Ünal Önsipahioğlu məlumat verib.
Şirkət rəhbəri deyib ki, artıq yaxın dövrü əhatə edəcək əməkdaşlıq istiqamətləri və həyata keçiriləcək layihələr tərəflər arasında müəyyənləşdirilib: “Hazırda yeni layihələri də nəzərdən keçiririk”.
Ü. Önsipahioğlu Azərbaycan MSN-lə 40 mm-lik revolver tipli qumbaraatanın və onun döyüş sursatlarının Azərbaycanda istehsalına dair layihənin reallaşmaq üzrə olduğunu söyləyib. O, 120 mm-lik minaatanın Azərbaycanda istehsalı üzərində iş aparıldığını da söyləyib: “Həmin minaatanları Bakıya göndərdik. Burada testlərdən sonra müvafiq qərarın qəbuluna ümid edirəm”. APA
DOSTLARINLA PAYLAŞ: