Türkiyə şirkəti Azərbaycan üçün Topçu Atış Simulyatoru hazırlayıb
19 May 2011 Cümə Axşamı 11:18
Türkiyənin HAVELSAN şirkətinin Azərbaycan üçün hazırladığı Topçu Atış Simulyatoru iyun ayının əvvəllərində Bakıda qurulacaq.
Bu barədə APA-ya HAVELSAN şirkətindən məlumat verilib.

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yardımı çərçivəsində hazırlanmış simulyator artıq hazırdır və avadanlıqlar şirkət tərəfindən Türkiyənin Milli Müdafiə Nazirliyinə təhvil verilib. Yaxın günlərdə avadanlıqlar Bakıya yola salınacaq və bundan sonra, şirkətin mütəxəssisləri tərəfindən qurularaq istifadəyə veriləcək.

Şirkət paralel olaraq Gürcüstan Müdafiə Nazirliyində də eyni simulyatorları quracaq. Artıq bu ölkə üçün hazırlanmış simulyator sistemi də hazırdır və çatdırılması üçün Türkiyə Milli Müdafiə Nazirliyinə təhvil verilib.

Artilleriyaçıların hazırlanması üçün mühüm təlim vasitəsi olan HAVELSAN-ın Topçu Atış Simulyatorundan hazırda Türkiyə və Pakistan Silahlı Qüvvələri istifadə edir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar