Türk hakerlər İsrail saytlarını dağıdıblar
01 İyun 2010 Çərşənbə Axşamı 01:15
Qrup dağıtdığı saytların giriş səhifələrinə yerləşdirdiyi ismarışlarda İsraili kəskin olaraq pisləyib.
İstanbuldan Qəzzaya humanitatr yardım aparan “Mavi Marmara” gəmisinə İsrail hərbçilərinin bir çox insanın ölümü və yaralanması ilə nəticələnən hücumundan sonra türk haker qruplarından biri İsrail dövlətinə aid bir çox inzibati internet saytını dağıdıb. Qrup dağıtdığı saytların giriş səhifələrinə yerləşdirdiyi ismarışlarda İsrailin bu əməlini kəskin olaraq pisləyib və bu aksiyalarının davam edəcəyini bildirib.

İsrailə böyük maddi zərər verdiklərini bildirən qrup üzvlərindən biri inzibati saytlarla yanaşı bir çox məhşur İsrail markalarının saytlarını dağıtdıqlarını da deyiblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar