Tu-134 təyyəsi: texniki göstəricilər
21 İyun 2011 Çərşənbə Axşamı 03:08
Hazırda yüzlərlə Tu-134 təyyarəsi Rusiyada və xaricdə istismardadır.
Tu-134-yaxın məsafəli sərnişin təyyarəsidir. “Tupolev” zavodunda hazırlanıb. Konstruksiya müəllifləri L.L. Selyakov və A.S. Şenqardtdır. İlk uçuş 29 iyul 1963-cü ildə həyata keçirilib.

Reaktiv Tu-134 sərnişin təyyarəsi istehsalı sahəsində ən uğurlu layihələrdən biri olub. Rusiya mülki aviasiyasının tarixinə ən kütləvi təyyarə kimi düşüb. Tu-134 uçuşa yararlılıq üzrə İngiltərə normaları üzrə setrifikasiyadan keçən birindi Rusiya sərnişin təyyarəsidir.

Ümumilikdə müxtəlif modifikasiyalarda 852 təyyarə istehsal edilib: Tu­134, Tu­134A, Tu­134B, Tu­134UB­L, Tu­134Ş.

Hazırda yüzlərlə Tu-134 təyyarəsi Rusiyada və xaricdə istismardadır. “Tupolev” ASC təyyarənin müasirləşdirilməsi istiqamətində işlər aparılır.

Texniki göstəricilər:
Sərnişin tutumu ­ 76
Füzelyajın (gövdə) diametri ­ 2,9 m
Təyyarənin uzunluğu - 37,1 m
Qanadlarının kənar nöqtələri arasındakı məsafə - 29,0 m
Təyyarənin hündürlüyü - 9,02 m
Maksimal uçuş kütləsi - 47,6 t
Kommerçesiya yüklənməsi - 8,2 t
Kreyser sürəti - 850 - 900 km/saat
Uçuş məsafəsi - 2000 km.

Qeyd edək ki, ötən ilin dekabrından Azərbaycan Rusiya istehsalı olan təyyarələrdən imtina edib. “Azərbaycan Hava Yolları” QSC-nin Rusiya istehsalı olan təyyarələrlə həyata keçirdiyi yeganə istiqamət Bakı-Naxçıvan-Bakı marşrutu idi. Ötən ilin sonlarından bu marşrut üzrə bütün uçuşlar müasir tipli “Aerobus-319”, “Aerobus-320” və “Boinq-757” tipli təyyarələrlə yerinə yetirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar