trend.az saytı dağıdılıb
10 Aprel 2011 Bazar 15:43
İnformasiya Agentliyinin saytı trend.az haker hücumuna məruz qalıb.
Ötən gün "Trend" Beynəlxalq İnformasiya Agentliyinin saytı haker hücumuna məruz qalıb. ANS PRESS-in məlumatına görə, hakerlər agentlik saytının proqram təminatına zərərli java-kodunu yerləşdiriblər.

Hazırda "Google Chrome" və "Mozilla Firefox" brauzerlərinin vasitəsilə agentliyin saytına giriş bloka düşüb.

Agentliyin texniki mütəxəssisləri problemi operativ surətdə aradan qaldırıblar, hazırda saytın istifadəçiləri üçün heç bir təhlükə mövcud deyil.

Hazırda Google axtarış sisteminin statusunun yenilənməsi üzrə bu şirkətin mütəxəssisləri ilə danışıqlar aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar