Təzadlı iddialar üçün yeni virtual axtarış sistemi hazırlanıb
21 İyun 2009 Bazar 05:00
Bu sistem sayəsində qarşılaşılan hər hansı bir məlumatın əksinə bir iddia olub-olmadığını öyrənmək mümkün olacaq

“İntel” şirkəti internetdə və s. qarşımıza çıxan iddiaların əksinə iddia olub-olmadığını yoxlayan yeni bir virtual axtarış sistemi qurub. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, Berkli universitetindəki “İntel” araşdırmaçılarının hazırladığı "Dispute Finder" adlı axtarış sistemi, əsas səhifədəki qutucuğa cümlə kimi yazılan iddianın əksinə olan iddiaları virtual dünyadan tapıb çıxarır. Sistemin bazası isə istifadəçilərin daxil etdiyi məlumatlarla böyüyəcək. “İntel” şirkətinin araşdırmaçılarından biri olan Robert Ennals yeni axtarış sistemi yaradılmasının səbəbini, “Hər gün internetdə çoxlu məlumatlar əldə edirik. Amma bunların medalın sadəcə görünən tərəfi olduğunu bilmirik” – deyə açıqlayıb. Yeni axtarış sistemi bu ünvanda internet istifadəçilərinə xidmət edir. http://disputefinder.cs.berkeley.edu/  /ANS PRESS/     



DOSTLARINLA PAYLAŞ:

oyunlar