Təyyarələrdə də internet olacaq
18 Sentyabr 2009 Cümə 23:10
"Aeroflot" yeniliyə hazırlaşır
Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus təyyarələrin göyərtələrində internetə çıxış və şəbəkə əlaqəsinin təşkili məsələsi nəzərdən keçirilir. Bu barədə şirkətin baş direktoru Vitali Savelyev məlumat verib. “Hazırda biz telekommunikasiya şirkətlərindən olan həmkarlarımızla birgə sərnişinlərə belə bir xidmətin təqdim olunması imkanlarını nəzərdən keçiririk. Lakin bu, yaxın perspektivdə nəzərdə tutulmayıb”, - deyə o bildirib.
Eyni zamanda Savelev qeyd edib ki, bununla əlaqədar həll edilməli olan bir çox texniki məsələlər var.
DOSTLARINLA PAYLAŞ: